Magistral yolda döngələri sökən vətəndaşla bağlı araşdırma aparılır. Bu barədə oktyabrın 15-də Avtomobil Yolları Dövlət Agentliyinin rəsmisi Qafqazinfo-ya bildirib.
Məlumata görə, heç kim özbaşına olaraq magistral yolda döngə, keçid aça bilməz: “Bu məsələni aidiyyəti üzrə şöbəyə yönləndirəcəm. Müvafiq tədbirlər görüləcək”.
Qurumun nümayəndəsi qeyd edib ki, həmin yolda təhlükəsizlik çəpərlərinin də sökülməsi hallarına rast gəlinir. Onlar bunu satış məqsədilə edirlər.