Masallıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb. Bu barədə 22 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Şübhəli bilinən rayonun Əhmədli kənd sakini Rüfət Əliyev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, həmin şəxs şəhər ərazisində alış-veriş edən qadının əlindəki torbada pul olduğunu görüb və onu yaşadığı ünvana qədər izləyib. Həmin qadın yaşadığı evə daxil olmaq istəyərkən R.Əliyev həmin pulu soyğunçuluq yolu ilə ələ keçirərək oradan uzaqlaşıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.