Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası ləğv edilib.
Lent.az xəbər verir ki, bu barədə qərar Səhiyyə Nazirliyi tərəfindən verilib.
Qərara əsasən, Sevinc Heydərovanın platik cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsi ləğv olunub.
Məlumata görə, Sevinc Heydərova ilə bərabər 10-a yaxın plastik cərrahın lisenziyası ləğv edilib.
Sevinc Heydərovanın köməkçisi açıqlamasında hazırda işləmədiklərini və Heydərovanın ölkə xaricində olduğunu, bir ay sonra qayıdacağını qeyd edib.
Köməkçisi Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsindən xəbərsiz olduğunu bildirib.
"İnternational Medical Centre"dən də bu barədə açıqlama verilməyib.