Dekabrın 9-da metro stansiyalarının birinin keçidində Xaçmaz rayon sakini olan qadına məxsus içərisində pulu, qızıl boyunbağısı və bank kartı olan pulqabının oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə 12 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Oğurluq əməlində şübhəli bilinən Tərtər rayon sakini Elməddin Şirəliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.