Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Bu barədə 28 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, Masallı rayon sakini Raqib Ağayevin idarə etdiyi “DAF” markalı, 99-KE-047 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi stasionar postda Ekoloji Nəzarət üzrə YPXB-nin əməkdaşları tərəfindən manevr etmə qaydasını pozduğu üçün saxlanılıb. Müayinə zamanı R.Ağayevin narkotik maddə qəbul etməsi müəyyən edilib.
R.Ağayevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə R.Ağayev inzibati qaydada həbs edilib.