Nəsimi rayonunda oğurluq edən Ağdaş sakini saxlanılıb. Bu barədə 2 yanvar tarixində DİN-dən İnsanoid-ə məlumat verilib.
Belə ki, Nəsimi RPİ 21-ci Polis Bölməsinə rayon ərazisində "Range Rover" markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən T.Ağayev müəyyən olunaraq saxlanılıb.