Nazirlər Kabinetinin qərarı ilə noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib. Bu barədə 31 oktyabr tarixində Report Elm və Təhsil Nazirliyinə istinadən məlumat verib.
Bununla əlaqədar beşgünlük iş həftəsi olan təhsil müəssisələrində noyabrın 5-i iş günü, noyabrın 6-9-u isə qeyri-iş günləri hesab edilir.
Altıgünlük iş həftəsi olan təhsil müəssisələrində noyabrın 5-i iş gününə təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – noyabrın 7-si iş günü, 8-9 noyabr isə qeyri-iş günləri hesab edilir. Başqa sözlə, 5 və 7 noyabr iş günləridir.