Oğuz rayonunun Calut kəndi ərazisində ağır yol qəzası baş verib. Bu barədə 6 noyabr tarixində Report məlumat verib.
Oğuz rayon sakini, 1971-ci il təvəllüdlü Tərlan Ələşrəf oğlu Hümmətov idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan atı vurub. At tələf olub.
Qəza nəticəsində avtomobildə olan sərnişin, 1960-cı il təvəllüdlü Mahirə Məsim qızı Məsimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.