Oğuzda ölümlə nəticələnən qəza baş verib. Bu barədə 16 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, Noyabrın 15-də saat 11 radələrində Oğuz rayonunun Xaçmaz kəndi ərazisində kənd sakinləri Səxavət Atakişiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə E.Usubovun idarə etdiyi “MTZ” markalı traktor toqquşub.
Nəticədə S.Atakişiyev hadisə yerində ölüb.
Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.