Ölkə əhalisinin sayı 2022-ci il sentyabr ayının 1-i vəziyyətinə 10 198 640 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
İlin əvvəlindən əhalinin sayı 42 274 nəfər və ya 0,4 faiz artıb.
Bildirilib ki, əhalinin 52,9 %-ni şəhər, 47,1 %-ni kənd sakinləri təşkil edib.