Qubada əmisinin fermasından mal-qara oğurlayan şəxs saxlanılıb. Bu barədə 21 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Ümid Mehdiyev və İlham Rəcəbli saxlanılıblar.
Həmin şəxslər törətdikləri əməli etiraf ediblər. Onlar 6 baş iribuynuzlu və 2 baş xırdabuynuzlu heyvan oğurlamaqla ümumilikdə zərərçəkmişə 6 800 manat ziyan vurublar.
Məlumat üçün bildirək ki, oğurluq edilən ferma İ.Rəcəblinin əmisinə məxsusdur.
Faktla bağlı araşdırma aparılır.