Şabranda narkotiki əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri - Ruslan Əliyev və Mahir Quliyev saxlanılıblar. Bu haqda oktyabrın 31-də DİN-dən məlumat verilib.
Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman 6 kiloqrama yaxın marixuana və 161,4 qram həşiş aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.