Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar. Bu barədə noyabrın 17-də DİN-dən İnsanoid-ə məlumat verilib.
Belə ki, Hacıqaraqaşlı kəndi ərazisində rayon sakinləri Ramin Kərimov və Elşən Babayev tutulublar. Onlarda 2 ədəd ov tüfəngi və ovladıqları bataqlıq quşları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.