Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar. Bu haqda noyabrın 2-də DİN-dən xəbər verilib.
Rayon ərazisində qanunsuz ov edən Heydər İbrahimov və Ədalət Rəsulov saxlanılıblar. Həmin şəxslərdən bir ədəd sənədsiz "İJ" markalı, 12 çaplı ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl dovşanı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.