“Azəriqaz” sahibkarlarla növbəti görüşü Samuxda keçirəcək. Bu barədə 16 oktyabr tarixində Azəriqaz” İstehsalat Birliyi məlumat verib.
Bildirilib ki, aksiya Heydər Əliyev prospekti, 13 ünvanında (YAP Samux rayon təşkilatının inzibati binasında) baş tutacaq.
“Səyyar qəbul otağı” oktyabrın 19-da saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq.