Şamaxıda otbiçən aparat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə 4 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, 2022-ci il dekabrın 25-dən yanvarın 2-dək olan müddətdə Şəhriyar qəsəbəsindəki həyətyanı sahələrin birindən 2 100 manat dəyərində otbiçən aparat, 4 ədəd dəmir boru, 2 ədəd kotanın dəmir hissəsi və inşaat materialları oğurlanıb.
Şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Quliyev saxlanılıb.
Araşdırma aparılır.