Şəmkirdə kişi dəm qazından zəhərlənib. Bu haqda məlumatı İnsanoid bu gün, 23 dekabr tarixində Qafqazinfo-ya istinadən verir.
Hadisə rayonun Düyərli kəndində qeydə alınıb. Kənd sakini, 39 yaşlı Xəyal Həsənov yaşadığı evdə dəm qazından zəhərlənib.
O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti kafi olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.