Şəmkir rayonunda yanğın olub. Bu barədə noyabrın 10-da Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Zəyəm qəsəbəsində baş verib. Nəticədə birmərtəbəli evin tavanı kül olub.
Evin qalan hissəsi alovdan mühafizə olunub. Yanğın söndürülüb.