Tərtərdə fərdi yaşayış evindən oğurluq edən şəxslər saxlanılıblar. Bu barədə 21 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Əvvəlcədən əlbir olaraq oğurluq əməli törətməkdə şübhəli bilinən rayon sakinləri Şəhriyar Səlimzadə və Nicat Əliyev saxlanılıblar.
Onların fərdi yaşayış evindən məişət əşyası oğurladıqları müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.