“Tik-tok”da özünü polis əməkdaşı kimi təqdim edən şəxs müəyyən olunub. Bu barədə oktyabrın 29-da DİN xəbər yayıb.
Belə ki, “Tik-tok” sosial şəbəkəsində özünü polis əməkdaşı kimi təqdim edən şəxsin bir xanımla xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən qaydaları və bu istiqamətdə görülən tədbirləri müzakirə etmələrini əks etdirən video paylaşılıb.
Videonun O.Məmmədov və K.Zöhrabova tərəfindən 2021-ci ildə çəkildiyi müəyyən olunub. Onlar polis orqanına dəvət olunublar, yanlış hərəkətlərə yol verdiklərini etiraf ediblər və videonu siliblər.