Ağcabədidə toy karvanında avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarının həyatına təhlükə yaradan sürücü saxlanılıb. Bu barədə noyabrın 5-də DİN-dən məlumat verilib.
Belə ki, rayon sakini Fərhad Abdullayev “VAZ-2106” markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edib.
Həmin sürücü müəyyən edilib və barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə F.Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 500 manat miqdarında cərimə olunub.