Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda İnsanoid oktyabrın 17-də APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Qazıqumlaq kənd yolunda qeydə alınıb. Belə ki, “Mescedes” və “Hyundai” markalı minik avtomobilləri toqquşub. Nəticədə 2019-cu ildə anadan olmuş Əsmər Seyidzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.