Xaçmazda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report məlumat verib.
Hadisə şəhərin H.Z.Tağıyev küçəsində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı avtomobil hərəkətdə olan "Mercedes" markalı avtomobilə çarpılıb.
Nəticədə Xaçmaz rayon sakinləri: 2003-cü il təvəllüdlü Mirbaba Elnur oğlu Hacıyev və 2003-cü il təvəllüdlü Ramil Qərib oğlu Abdullayev, eləcə də Şabran rayon sakinləri: 2005-ci il təvəllüdlü Emin Muxtar oğlu Şabətdinov, 2004-cü il təvəllüdlü Nihad Cavid oğlu Əlimirzəyev və 2003-cü il təvəllüdlü Səbuhi İsgəndər oğlu İsgəndərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.