Xaçmazda "OBA" marketdən seyf oğurlayan şəxslər saxlanılıblar. Bu barədə 6 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Namik Şirinov və Əli Əliyev saxlanılıblar.
Araşdırmalar zamanı həmin şəxslər rayon ərazisində olan "Oba" marketdən içərisində 2 000 manat pul olan seyfi, müxtəlif növ siqaretləri və spirtli içkiləri oğurladıqlarını etiraf ediblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.