Xocavənd rayonunda silah-sursat aşkarlanıb.
Bu barədə 5 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
1 avtomat, 1 pulemyot, 4 tank əleyhinə idarə olunan raket sistemi, 2 qumbaraatan, 21 əl qumbarası, 156 müxtəlif çaplı mərmi, 12 800 ədəd müxtəlif çaplı patron və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.