top
15 yaşlı qızı nənəsinin evinə apardı, həbs edildi - TƏFƏRRÜAT
28 yanvar 2025, 05:34
- ↺ +

15 yaşlı qızı nənəsinin evinə apardı, həbs edildi - TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağsuda 15 yaşlı qızla intim münasibət yaşayan oğlan həbs edilib.

İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisənin məhkəmə istintaqı Ağsu Rayon Məhkəməsində aparılıb.

Belə ki, təqsirləndirilən Emin Qasımov (ad şərtidir) 2002-ci ildə Ağsu rayonunda doğulub. O, tanış olduğu 2009-cu il təvəllüdlü Aysu Əliyevanın (ad şərtidir) razılığı ilə onunla bir neçə dəfə cinsi əlaqədə olub. Sonuncu dəfə qızın razılığı ilə oğlanın nənəsinin evində görüşüblər. Münasibətə Aysunun razılığı olsa da, on altı yaşına çatmayan şəxslə cinsi münasibət qurmaq cinayət məsuliyyəti sayılır.

Buna görə Emin Qasımov Azərbaycan Respublikası CM-nin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi münasibət qurma) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Emin Qasımov ifadəsində göstərib:

“Aysunu 2024-cü ilin yanvar ayından tanıyıram. “AL” marketdə satıcı kimi işlədiyim zamanlarda alış-veriş etmək üçün ora gəlmişdi. Həmin vaxtdan tanış olub, sevgi münasibəti yaşayırdıq. Qeyd edim ki, qızla tanış olanda mənə 19 yaşının olduğunu demişdi. Münasibətimizin sonunda isə onunla evlənməyi düşünürdüm. Bir neçə dəfə parkda görüşdükdən sonra qıza baş-başa qalmaq üçün nənəmin evinə getməyi təklif etdim. Onun razılığı ilə evə gedib, söhbət etdikdən sonra cinsi münasibətdə olmuşuq”.

Daha sonra məhkəmə iclasında zərərçəkmiş Aysu Əliyeva ifadə verib:

“Anamla birlikdə Ağsu rayonunda kirayə mənzildə yaşayırıq. 12 yaşımda ehtiyatsızlıqdan ağacdan yıxıldığım üçün qızlıq pərdənin tamlığı pozulub. Emini 2024-cü ilin yanvar ayından tanıyıram. Marketdə tanıdığım gündən ondan xoşum gəldi. Bir neçə dəfə parkda görüşüb, söhbətləşmişik. Bir-birimizə qarşı sevgi münasibətimiz yarandığı üçün evlənmək qərarına gəldik. Bir gün görüş zamanı Emin nənəsinə məxsus evə getməyi təklif etdi. Razılığım ilə nənəsinin evinə getdik və cinsi münasibətdə olduq. Onun tərəfindən mənə qarşı heç bir zorakılıq olmayıb”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə cinsi istismar və insan alverində təqsirləndirilən Emin Qasımov 1 il müddətində azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Cəmiyyət
Bu gün, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Bu gün, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Bu gün, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Bu gün, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Bu gün, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Bu gün, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Bu gün, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Bu gün, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Bu gün, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Bu gün, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Bu gün, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Bu gün, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Bu gün, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
Dünən, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
Dünən, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
Dünən, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
Dünən, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
Dünən, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
Dünən, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
Dünən, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
Dünən, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
Dünən, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
Dünən, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Oxşar xəbərlər