Prokurorluq Abşeron rayonunda bir nəfərin ölümü, digər şəxsin xəsarət alması ilə nəticələnən hadisəni araşdırır.
Bu barədə İnsanoid.com Baş Prokurorluğa istinadən xəbər verir.
Məlumata görə, yanvarın 13-də saat 8 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakaşinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi 1982-ci il təvəllüdlü Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.