Aviaqəzada xəsarət alanlardan birinin sabah əməliyyatı planlaşdırılır.
İnsanoid.com xəbər verir ki, bunu Yeni Klinikanın baş həkimi Eldar Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yaralananlardan birinə baldır sümüyünündə açıq qəlpəli sınıq dioqnozu qoyulub:
"Həmin xəstə osteosintez əməlliyyatına alınacaq"
Qeyd edək ki, Yeni Klinikaya gətirilmiş 14 xəstədən 13-ü palata şəraitində, biri isə reanimasiyada müalicə alır.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.