Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistandakı dəmiryolu stansiyasında törədilən terror hadisəsi ilə bağlı başsağlığı verib.
İnsanoid.com xəbər verir ki, nazirliyin başsağlığı mesajı “X” hesabında paylaşılıb:
“Bu gün Pakistandakı “Quetta” stansiyasında baş verən qorxunc terror aktını qətiyyətlə qınayırıq. Bu dəhşətli hücumda həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzulayırıq”.
We strongly condemn the horrific terrorist attack at the railway station in #Quetta, #Pakistan today.
We offer our deepest condolences to the families of those killed in this heinous attack, and wish the injured ones a speedy recovery. @ForeignOfficePk— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) November 9, 2024