Azərbaycanda 1 500 məktəbin bağlanması planlaşdırılır.
İnsanoid.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, xərclərin optimallaşdırlması məqsədilə təxminən 4 400 məktəbdən 1 500 məktəbin bağlanılması planlaşdırılır.
"Düşünürəm məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq", - deputat bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev bəzi məktəblərin komplektləşdiriləcəyini bildirib. "Rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da, biz buna getməliyik", - o qeyd edib.