Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin doğum günüdür.
İnsanoid.com xatırladır ki, Mətləb Kamran oğlu Quliyev 1959-cu il yanvarın 9-da Beyləqan şəhərində dünyaya gəlib.
Mətləb Quliyev Cəbrayıl rayonundandır. İbtidai təhsilini 3 saylı orta məktəbdə alıb. Daha sonra o, C.Naxçıvanski adına hərbi məktəbə daxil olub. Hərbi xidmətini isə Ukraynada keçib. Mətləb daha sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olub.