Türkiyədə baş verən qəzada azərbaycanlı dünyasını dəyişib.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İstanbul şəhərinin Esenler səmtində baş verib. 35 yaşlı Sərvan Ağayevin idarə etdiyi BMW markalı motosiklet 25 yaşlı Ahmet Nurullahın idarə etdiyi “Fiat” markalı avtomobillə toqquşub.
Mərhumun meyiti müayinə üçün ekspertiza şöbəsinə təhvil verilib.
Araşdırma aparılır.