top
“Azərlotereya”nın dəstəyi ilə alınan minaaxtaran itlər ANAMA-ya təqdim edilib - FOTO
01 noyabr 2024, 02:16
- ↺ +

“Azərlotereya”nın dəstəyi ilə alınan minaaxtaran itlər ANAMA-ya təqdim edilib - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı ilə Fondun donor və tərəfdaşlarının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə işgüzar görüşü keçirilib. “Azərlotereya” ASC tərəfindən alınan üç minaaxtaran it ANAMA-ya təqdim olunub.

İnsanoid.com xəbər verir ki, tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən yerləşdirilən minaların həmin ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə ciddi maneə törətdiyini bildirirək, bu problemin həllində hər kəsin həmrəylik nümayiş etdirməsinin vacibliyini qeyd edib. Bu günə qədər Fondun fəaliyyətinə dəstək verən donor və tərəfdaşlara təşəkkür edən Rəhman Hacıyev, birgə atacağımız addımlar sayəsində tezliklə Qarabağı dünyanın ən gözəl məkanlarından birinə çevirəcəyimizə əminliyini ifadə edib.

“Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş işğaldan azad edilmiş ərazilərin bərpası ilə yanaşı, minalardan təmizlənməsi istiqamətində də həyata keçirilən işlərə töhfə verdikləri üçün çox şad olduqlarını deyib. Onun sözlərinə görə, ANAMA-ya hədiyyə edilən minaaxtaran itlər işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi ilə yanaşı, bərpa-quruculuq işlərinin sürətləndirilməsinə də öz töhfəsini verəcək. Həmçinin bildirib ki, “Hər şey Qarabağ üçün” layihəsi çərçivəsində tirajlı lotereya biletlərinin satışından əldə edilən vəsaitin bir hissəsi QDF-yə ianə edilir. Bundan əlavə, 2022-ci ildən həyata keçirilən “Əmanətə sədaqət” layihəsində 150-dən çox şəhid ailə üzvünün təhsil və yaşam xərclərinin qarşılandığını qeyd edib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxış edərək mina və müharibənin digər partlayıcı qalıqları probleminin həllinə nail olmağın kollektiv səy və möhkəm tərəfdaşlıq tələb etdiyini diqqətinə çatdırıb və bu sahədə dəstək göstərən tərəfdaşlara minnətdarlıq ifadə edib.

Çıxışlardan sonra işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə və Böyük Qayıdış prosesinin sürətlənməsinə töhfə vermək məqsədi ilə “Azərlotereya” tərəfindən alınmış Romi, Şimşək və Skubi adlı üç minaaxtaran it QDF-in vasitəçiliyi ilə ANAMA-ya ianə edilib. ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanova bununla bağlı sertifikatları Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və “Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş təqdim ediblər.

Tədbirdə son 12 ay ərzində 500.000 AZN vəsaiti işğaldan azad edilmiş ərazilərin dirçəlişinə ianə etdiyinə görə “Azərlotereya” ASC-yə xüsusi “Təşəkkür sertifikatı” təqdim olunub.

[gallery size="full" ids="202367,202368,202369"]

Son xəbərlər

Cəmiyyət
Bu gün, 13:04

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Bu gün, 12:56

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

Cəmiyyət
Bu gün, 12:21

Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib

İqtisadiyyat
Bu gün, 12:07

ZachXBT: "Binance" birjası əməkdaşının Şimali Koreyalı qadın casusla sevgi münasibəti səbəbindən 6 milyard dollar oğurlanıb"

Cəmiyyət
Bu gün, 12:01

İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Cəmiyyət
Bu gün, 11:52

"Halloween"i tənqid edən Sinan Akçılın arxiv fotosu ortaya çıxdı

Cəmiyyət
Bu gün, 11:45

Vergi yoxlamasından yayınmaq müqabilində 200 min manat rüşvət almaqda ittiham olunan üç vəzifəli şəxsin işi məhkəməyə göndərilib

Cəmiyyət
Bu gün, 11:44

84 yaşlı Amitabh Baççan gülləkeçirməz şüşə arxasında azarkeşləri ilə görüşüb - VİDEO

Cəmiyyət
Bu gün, 11:38

"O, həddindən artıq populyarlaşır. Bu, məni sevindirmir" - Tramp Rubio barədə

Cəmiyyət
Bu gün, 11:34

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

Cəmiyyət
Bu gün, 11:04

Kimi Antonelli "Formula-1" tarixinin ən gənc çempionu olub

Cəmiyyət
Bu gün, 10:23

DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
31 oktyabr 2026, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Oxşar xəbərlər