Bakıda bəzi binaları və parkları bəzəyən mozaika kompozisiyalarının bərpası nəzərdə tutulur.
İnsanoid.com Bakı Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, mozaika kompozisiyalarının bərpası ilə bağlı müvafiq komissiya yaradılıb, ilkin tədbirlər planı müəyyənləşdirilib.
Bakının rayon icra hakimiyyəti başçılarına rəhbərlik etdikləri rayonların ərazilərində inventarizasiya aparılması, mövcud mozaika kompozisiyalarının bərpa edilərək onlara nəzarətin artırılması ilə bağlı göstəriş verilib.
Məlumata görə, artıq bəzi ərazilərdə restavrasiya işlərinə başlanılıb.
Müşavirədə mövcud mozaika kompozisiyalarının daxil edildiyi albomun nəşr olunması qərara alınıb.