Bakıda bir neçə marşrut xətti üzrə elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb.
İnsanoid.com Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən bildirir ki, 1, 5, 14, 21 və 88A nömrəli marşrut xətləri üzrə BYD markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb.
Məlumatda qeyd edilib ki, elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib: “Bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla təmin olunub”.