Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
İnsanoid.com Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir ki, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var.
Səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-şərq küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq.
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.