top
Bizimlə səbirlə danışanlar: onları eşidə bilirikmi?
22 oktyabr 2024, 01:00
- ↺ +

Bizimlə səbirlə danışanlar: onları eşidə bilirikmi?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan reallığının özəllikləri

Hər il 22 oktyabrda dünya Beynəlxalq Kəkələyənlər Gününü qeyd edir. Statistik açıqlamalara əsasən, planetimizin əhalisinin 1 faizi kəkələmədən əziyyət çəkir. Kəkələmək yalnız danışıq çatışmazlığı və yalnız nitqində bu qüsur olan fərdlərin problemi deyil, həm də cəmiyyətimizin üzərinə səpələnmiş sosial damğalardan biridir. Kəkələyən insanın həyatında müəyyən sədlərlə qarşılaşması qaçılmazdır. Azərbaycan reallığında isə bu daha impulsiv və qəribə hal alır.

“İraaaq olsun!”

Azərbaycanda kəkələyən bir insanla qarşılaşdığınızda, ilk reaksiyanız nə olur? Əksəriyyətimiz bu insanlara qeyri-adi bir məxluq kimi baxırıq. Sanki, adam kosmosdan gəlib və dünyada ilk dəfədir danışır. Bəziləri isə hətta onların gözünün içinə baxa-baxa qulaqlarını çəkirlər: “Uyş! Allah uzaq eləsin! İraaaq olsun!” Hələ danışma tərzini lağa qoyub, bu insanların danışıq qabiliyyətini zarafata çevirənlər də var. Əslində, kəkələmək onsuz da çətinlikdirsə, bizim cəmiyyətin münasibəti bu problemi daha da ağırlaşdırır, belə qüsura malik şəxslərin yükünü birə beş artırır. Təsəvvür edin: Azərbaycan reallığında kəkələyən bir insan iş tapmağa çalışır, müxtəlif şirkətlərə CV göndərir. Və onun qarşısında artıq ikiqat problem dayanır: “Bir - sənin təcrübən yoxdur, iki – səlis danışmağı öyrən!" Hətta bəzən iş görüşməsinə dəvət aldıqda qınaqla da qarşılaşmaqdan heç kim sığortalanmayıb: “Bilirsən ki, normal danışa bilmirsən! Özünün və bizim vaxtımızı nə üçün alırsan?”

Erkən sınaqlar

Kəkələyən şəxslərin sınaqları isə hələ erkən yaşlarından məhlədə və məktəbdə başlayır. Artıq birinci sinifdən barmaqla göstərilir və "Müəllimə, o danışa bilmir!" sədaları altında gülüş obyektinə çevrilirlər. Bəs müəllimlər nə edir? "Uşaqlar, gülmək olmaz" deyib keçirlər. Təəssüf ki, bir çox hallarda bu sadəcə qınamanın imitasiyası olur və məsələni həll etmir. Yəni kəkələməyin cəmiyyət tərəfindən qınanmadığını deyə bilmərik, sadəcə məsələni “sakitcə” gözardı edirlər.

3-4 qədəh “gillədiblərsə”...

Azərbaycanda sosial məkanlarda – çayxanalar, toylarda və yığıncaqlarda danışıq qabiliyyəti böyük dəyər hesab olunur. Təsəvvür edin, kəkələyən bir insanın toylarda söz götürməsi. O danışmağa başlayanda, toyun atmosferi dəyişir. Sanki bütün diqqət məhz ona yönəlir, amma təkcə maraq deyil, bu diqqətin arxasında həm də gülüşlər durur. Ələlxüsus da, bəziləri artıq 3-4 qədəh “gillədiblərsə”, bu gülüşlər daha həyasız, daha dözülməz hal alır. Adama nəinki sözünü tamamlamağa imkan vermirlər, hətta bəzən onun sözlərini əvvəlcədən təxmin edib satirik-ironik tərzdə tamamlayırlar. Bu da kəkələyən insanın onsuz da çətin vəziyyətini bir qədər də çətinləşdirir. Adamı mikrofon götürdüyünə görə peşman edirlər.

Söz ürəkdə qalanda

Elə bütün bunlardan irəli gəlir ki, çox zaman kəkələyən insanlar susmağa üstünlük verirlər. Necə deyərlər, sözləri ürəklərində qalır. Günahkar kimdir bəs? Yəqin ki, ritorik sualdır. Odur ki, gəlin, Beynəlxalq Kəkələyənlər Günü münasibəti ilə öz davranışımızı, səbrimizi və anlayışımızı yenidən nəzərdən keçirək, təftiş edək. Kəkələyənlər danışmaq üçün deyil, danışdıqda eşidilmək üçün də mübarizə aparırlar. Bu mübarizələrində onlara yardımçı ola bilmiriksə, heç olmasa əlavə maneəyə də çevrilməyək.

Vüsal Əliyev

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:57

Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib

Cəmiyyət
Bu gün, 15:56

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Cəmiyyət
Bu gün, 15:52

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət
Bu gün, 15:51

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Bu gün, 15:42

Bakıda təhsil işçiləri metro və avtobusa 1 qəpik ödəyəcəklər

Cəmiyyət
Bu gün, 15:38

Vüqar Bayramov: "Kredit götürən şəxs işsiz qalmaq riskindən sığortalanacaq"

Cəmiyyət
Bu gün, 15:10

Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib

Cəmiyyət
Bu gün, 13:24

"Araz Supermarket" barədə protokol tərtib olunub

Cəmiyyət
Bu gün, 13:17

X–XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi prosesinə aydınlıq gətirilib

Cəmiyyət
Bu gün, 13:04

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Siyasət
Bu gün, 12:56

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

Cəmiyyət
Bu gün, 12:21

Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib

İqtisadiyyat
Bu gün, 12:07

ZachXBT: "Binance" birjası əməkdaşının Şimali Koreyalı qadın casusla sevgi münasibəti səbəbindən 6 milyard dollar oğurlanıb"

Cəmiyyət
Bu gün, 12:01

İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Cəmiyyət
Bu gün, 11:52

"Halloween"i tənqid edən Sinan Akçılın arxiv fotosu ortaya çıxdı

Cəmiyyət
Bu gün, 11:45

Vergi yoxlamasından yayınmaq müqabilində 200 min manat rüşvət almaqda ittiham olunan üç vəzifəli şəxsin işi məhkəməyə göndərilib

Cəmiyyət
Bu gün, 11:44

84 yaşlı Amitabh Baççan gülləkeçirməz şüşə arxasında azarkeşləri ilə görüşüb - VİDEO

Cəmiyyət
Bu gün, 11:38

"O, həddindən artıq populyarlaşır. Bu, məni sevindirmir" - Tramp Rubio barədə

Cəmiyyət
Bu gün, 11:34

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

Cəmiyyət
Bu gün, 11:04

Kimi Antonelli "Formula-1" tarixinin ən gənc çempionu olub

Cəmiyyət
Bu gün, 10:23

DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
31 oktyabr 2026, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Oxşar xəbərlər