Bu gün Azərbaycanın butün təhsil müəssisələrində tədris ili başlayır.
Azərbaycanda yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq.
2025/2026-cı tədris ilində 130 mindən çox uşaq 1-ci sinifdə təhsil alacaq.
Azərbaycanda Bilik Günü 21 avqust 2004-cü ildə Prezident İlham Əliyevin Fərmanı ilə elan edilib. Həmin Fərmana əsasən, ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınıb.