Günorta saatlarından sonra suyun Bakının digər ərazilərə də çatması mümkün olacaq. Bu barədə İnsanoid Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən bu gün, 17 avqust tarixində məlumat verir.
Oğuz-Qəbələ-Bakı kəmərindəki təmir-bərpa işlərinin tam yekunlaşmasından sonra bəzi ərazilərə suyun qrafikə uyğun verilə bilməməsinin səbəbi magistral xəttin doldurulma prosesinin davam etməsidir.
Məlumatda qeyd edilib ki, texniki qaydalara uyğun olaraq, suyun verilmə rejiminin tədricən bərpası prosesi gedir: “Artıq 80 faiz ərazi içməli su ilə təmin edilib”.