Bu gün Bakıda sürüşmə baş verib
Bakının Xətai rayonunda sürüşmə baş verib. Bu barədə izləyicimizdən İnsanoid.com redaksiyasına məlumat daxil olub.
"Dünən gecə yaşadığımız ərazidə Bakı şəh., Xətai ray., Gəncə pr., 97 nömrəli binanın arxasında yenidən sürüşmə baş verib", - deyə izləyicimiz bildirib.
Bakı sakini tərəfindən qeyd edilib ki, həmin ərazidə adətən azyaşlılar oynayırlar.
"Xoşbəxtlikdən hadisə gecə saat 2-də baş verib, bu səbəbdən bədbəxtlik qeydə alınmayıb", - deyə izləyicimiz bildirib.