top
Dəvəsi ilə məşhurlaşan heyvansevər: “Onu satın almaq istəyən çox olub, bütün təklifləri rədd etmişəm” – MÜSAHİBƏ
02 noyabr 2024, 07:54
- ↺ +

Dəvəsi ilə məşhurlaşan heyvansevər: “Onu satın almaq istəyən çox olub, bütün təklifləri rədd etmişəm” – MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bəzi insanlar var ki, onlar heyvanlara xüsusi sevgi bəsləyirlər. Həmin şəxslər müxtəlif ev heyvanlarına sahiblənirlər. Sosial şəbəkələrdə dəvə saxlayan azərbaycanlı şəxsin videoları maraqla izlənilib. Buna təəccüblə yanaşanlar da az deyil.

Sumqayit24.az-ın əməkdaşı sosial şəbəkələrdə dəvəsi ilə məşhurlaşan Elnur İmanlı ilə həmsöhbət olub.

Həmin müsahibəni təqdim edirik:

– Elnur bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

– 1992ci ildə Sumqayıt şəhərində dünyaya göz açmışam.

– Heyvanlara sevginiz haradan qaynaqlanıb?

–  Uşaqlıqdan heyvanları sevən biri olmuşam. Bu sevgini də mənə valideynlərim aşılayıb. Böyüyəndən sonra da bu sevgiyə sadiq qaldım.

– Sosial şəbəkədə dəvə ilə videolarınızı gördük. Maraqla qarşıladıq. Necə oldu ki, dəvə saxlamaq qərarına gəldiniz?

– Dəvə ilə videolarımı sosial şəbəkələrdə paylaşmaqda məqsədim insanlara xoş enerji ötürmək və heyvanlara sevgini aşılamaqdır. Bir dəfə internetdə satış səhifələrinin birində dəvənin satıldığını gördüm. Dəvə çox zəif idi. Ağlıma dəvələrin möcüzəvi olduqları və peyğəmbərimizin dəvəsinin ona sadiq olduğunu xatırladım. Və belə qərara gəldim ki, dəvəni satın alım.

– Dəvəni neçə ildir saxlayırsınız?

– İki ilə yaxındır ki, dəvəni saxlayıram. Hazırda üç yaşı var. Adı Momudur. Adını dostum Vüsal qoyub. Vüsal da ən azı mənim kimi o dəvəyə baxır. Üzərində əziyyəti var. Dəvəm hazırda dostum Vüsalın atları ilə birlikdə isti və təmiz yerdə saxlanılır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bir heyvansevər kimi Qobustanda təşkil olunan tədbir zamanı dəvəmə yaxınlaşıb, öz sevgisini göstərib.

– Heyvanlarından öz məqsədləri üçün istifadə edənlərə münasibətiniz necədir?

– Men heyvana əziyyət vermədən işlədən insanlara pis baxmıram. Nəticə etibarı ilə normasında işlədib, evlərinə halal pul aparırlar. Axı heyvanların da böyük tələbatları var. Onları da qarşılamaq lazımdır.

– Sizdən dəvənizi almaq istəyən olubmu? Çünki bəzi işbazlar dəvə ətindən istifadə üçün onu satın alıb, istifadə etmək istəyirlər. Buna münasibətiniz necədir?

– Dəvəmi almaq istəyən çox olub. Sırf ətindən istifadə üçün almaq istədiklərini bilirdim. Bütün təklifləri rədd etmişəm.

– Dəvənizlə başınıza gələn maraqlı hadisədən danışardınız.

– Bir dəfə mən atla dəniz sahilində gəzirdim. Arxadan dəvəm məni gördü. Qaçaraq gəlib, qolumdan tutdu. Qısqanclığını göstərdi. Həmin görüntüləri sosial şəbəkədə 1 milyona yaxın şəxs bəyəndi, 26 milyon nəfər tərəfindən izlənildi. Dünyanın bir çox ölkələrində də paylaşıldı.

– Sonda nə demək istəyərdiniz?

– Bir daha dəyərli Azərbaycan xalqıma demək istəyirəm ki, qarşıdan soyuq qış fəsli gəlir. Hər birindən xahiş edirəm ki, çöldəki sahibsiz heyvanlara isti yer və yemək versinlər.

Nəzrin Vahid

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:52

"Halloween"i tənqid edən Sinan Akçılın arxiv fotosu ortaya çıxdı

Cəmiyyət
Bu gün, 11:45

Vergi yoxlamasından yayınmaq müqabilində 200 min manat rüşvət almaqda ittiham olunan üç vəzifəli şəxsin işi məhkəməyə göndərilib

Cəmiyyət
Bu gün, 11:44

84 yaşlı Amitabh Baççan gülləkeçirməz şüşə arxasında azarkeşləri ilə görüşüb - VİDEO

Cəmiyyət
Bu gün, 11:38

"O, həddindən artıq populyarlaşır. Bu, məni sevindirmir" - Tramp Rubio barədə

Cəmiyyət
Bu gün, 11:34

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

Cəmiyyət
Bu gün, 11:04

Kimi Antonelli "Formula-1" tarixinin ən gənc çempionu olub

Cəmiyyət
Bu gün, 10:23

DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
31 oktyabr 2026, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Oxşar xəbərlər