Xəbər verdiyimiz kimi, aktrisa Çimnaz Sultanova yanvarın 15-i dünyasını dəyişib.
İnsanoid.com xəbər verir ki, şairə Nazilə Səfərli "Instagram" hesabında onunla son yazışmasını paylaşıb.
"Səs yazısı 2021-ci ilə aiddir.Heç vaxt dərdini danışmayan qadın. Azərbaycanlılara xas olmayan xarakter. Biz onu Larisa ("Vicdan haqqı" serialındakı obrazı - red.) kimi sevdik. Çoxdandır əlaqəm yox idi. Pislik etməzdi. Dürüst idi. Öz aləmində xoşbəxt görünürdü, amma gör ki, necə böyük dərdi var imiş. Xahiş edirəm, ölü dalınca danışmayaq. Bacarsanız rəhmət diləyin, bacarmasanız heç nə yazmayın. Ölüm haqdır. Doğum günü mübarək olmayan qadın…", - deyə şairə paylaşımını şərh edib.
Qeyd edək ki, 15 yanvar tarixində Çimnaz Sultanovanın döğum günü idi. Aktrisa bağırsaq xərçəngindən vəfat edib.