top
Dövlət naziri: Avropanın təhlükəsizliyini nəzərə alaraq, Britaniya ilə Azərbaycanın birgə çalışması çox vacibdir - MÜSAHİBƏ
26 avqust 2025, 09:49
- ↺ +

Dövlət naziri: Avropanın təhlükəsizliyini nəzərə alaraq, Britaniya ilə Azərbaycanın birgə çalışması çox vacibdir - MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Doutinin APA-ya müsahibəsi

Böyük Britaniyanın Azərbaycanla əlaqələri güclüdür

- Cənab nazir, Azərbaycanla Böyük Britaniya arasındakı mövcud siyasi və iqtisadi əlaqələri necə qiymətləndirirsiniz?

- Əlaqələrimiz güclüdür və bu uzun illərdir belədir. Amma ümid edirik ki, bu, daha da güclənəcək. Prezident, xarici işlər naziri və onun müavini ilə çox məhsuldar və səmimi görüşlər keçirdim, eyni zamanda, Azərbaycandakı Britaniya biznesinin nümayəndələri ilə görüşdüm. Daha da sıx əməkdaşlıq edə biləcəyimiz müdafiə və təhlükəsizlikdən tutmuş iqtisadiyyat, ticarət, təhsil, enerji, xüsusilə təmiz enerji və nəqliyyat sahələrini müzakirə etdik. Azərbaycan COP29-da böyük liderlik imkanlarını nümayiş etdirdi. Ona görə də burada ikitərəfli münasibətlərimizi müzakirə etmək və vacib əlaqələr qurmaq çox xoşdur. Baş nazirimiz və xarici işlər naziri COP29 zamanı Azərbaycana səfər etdilər və mən bu əlaqəni gücləndirmək üçün bir komandanın üzvü olmaqdan çox məmnunam.

Bölgə üçün çox vacib bir dövrdür

Eyni zamanda, bölgə üçün çox vacib bir dövrdür. Yaxınlarda Ağ Evdə Prezident Trampın iştirakı ilə çox müsbət addımlar atıldı və biz bu səyləri səmimi şəkildə alqışlayırıq. Bu, sülh və sabitlik, həmçinin, bu bölgədə iqtisadi artım və əlaqələr üçün böyük bir fürsət yaradır. Ölkəmiz həm Böyük Britaniya, həm də Azərbaycan üçün qarşılıqlı fayda əldə etmək məqsədilə bölgədə dost qismində çıxış etməyə hazırdır.

Biz Azərbaycanla olan dialoqu tərəfdaşlığa kimi yüksəltməyi təklif edirik

- 2016-cı ildə Azərbaycan və Böyük Britaniya strateji dialoqa başladılar. Ən son görüş isə 2023-cü ilin iyun ayında Londonda keçirildi. Siyasət, iqtisadiyyat, mədəniyyət və müdafiə sahələrində əlaqələrimizi daha da gücləndirmək üçün hansı addımlar atılmalıdır?

- Strateji Dialoq çərçivəsində çox məhsuldar müzakirələr apardıq və məmnuniyyətlə bildirirəm ki, biz bu dialoqu tərəfdaşlığa kimi yüksəltməyi təklif edirik. Beləliklə, biz münasibətlərimizi bir çox sahədə daha da dərinləşdiririk. Biz artıq bu münasibətlərin müxtəlif sahələrində əldə etdiyimiz irəliləyişləri müzakirə etdik, lakin hamımız razılaşdıq ki, birgə daha çox iş görə bilərik. Dediyim kimi, bu, təhsil, enerji, infrastruktur, siyasi, hətta müdafiə və təhlükəsizlik sahələrində ola bilər. Bölgədə baş verənləri, Şimal və Cənubdakı çağırışları və əlbəttə ki, Avropanın təhlükəsizliyi və sabitliyinin əhəmiyyətini nəzərə alaraq, Böyük Britaniya ilə Azərbaycanın etibarlı dostlar və tərəfdaşlar kimi birgə çalışması çox vacibdir.

Bu münasibətlərin mərkəzində xalqlarımız dayanır. Böyük Britaniya universitetlərində təhsil almış insanlarla görüşmək, onların Böyük Britaniyaya və münasibətlərimizə olan sevgisini eşitmək çox xoş idi.

Ermənistanla davamlı sabitliyin olması ilə bağlı böyük optimizm mövcuddur

- Hansı ikitərəfli və ya qlobal məsələlərdə hər iki ölkə ortaq mövqeyə malikdir?

- Əlbəttə, müdafiə və təhlükəsizlik sahələrində, eləcə də Avropanın sülh və sabitliyində, xalqlarımızın birgə sülh şəraitində yaşamasını təmin etməkdə ortaq maraqlarımız var. Gələcək potensial və Ermənistanla davamlı sabitliyin olması ilə bağlı böyük optimizm mövcuddur. Biz irəliləyişin davam etməsini təmin etmək üçün hər iki ölkəni dəstəkləmək istəyirik.

İkincisi, enerji, enerji təhlükəsizliyi, eləcə də enerjinin nəqli məsələlərində ortaq maraqlarımız var. Azərbaycanda bərpa olunan enerji sahəsindəki perspektivləri və həyata keçirilən layihələri müzakirə etmək çox həyəcanvericidir. Yeni günəş enerjisi layihələri və külək enerjisinə investisiyalar haqqında eşitdim, deyə bilərəm ki, bu gündəlikdə real müsbət dinamika var.

Beynəlxalq təşkilatlarda birgə fəaliyyətimizə, eləcə də təhsil və insanlararası əlaqələrə gəldikdə, bunlar çox önəmlidir.

Biz gələcək illərdə Azərbaycanın Böyük Britaniyaya daha çox sərmayə qoymasını ümidlə gözləyirik

- Azərbaycan və Böyük Britaniya indiyədək təxminən 30 saziş imzalayıb. Böyük Britaniya Azərbaycana təxminən 40 milyard dollar - xarici investisiyaların 50%-i - sərmayə qoyub. Ölkədə 600-dən çox Böyük Britaniya şirkəti fəaliyyət göstərir. İkitərəfli əməkdaşlığın genişləndirilməsi üçün iqtisadiyyatın daha hansı sahələri ən böyük potensiala malikdir?

- Bu, çox yaxşı sualdır. Bu gün uzun müddət Azərbaycana investisiya yatıran bəzi şirkətlərin nümayəndələri ilə görüşmək mənim üçün bir şans oldu. Bu, BP ola bilər, ya da infrastruktura sərmayə qoyan şirkətlər, yeni maliyyə texnologiyaları təşkilatları – bu sahədə çox maraqlı bir şirkətlə tanış oldum – mədənçilik və minerallarla əlaqəli ola bilər. Dediyim kimi, Böyük Britaniya və Azərbaycan şirkətlərinin gələcəyin texnologiyaları, istər bərpa olunan enerji sahəsində, istərsə də regionun infrastruktur və kommunikasiya sahələri üzrə birgə fəaliyyəti üçün böyük potensialı var.

Biz, həmçinin, Böyük Britaniya İxrac Maliyyəsi vasitəsilə karqo yükdaşıma imkanlarının dəstəklənməsini təmin etmişik və Orta Dəhliz boyunca əlaqələrin gücləndirilməsi, Türkiyə və Mərkəzi Asiya ilə münasibətlərimizin dəstəklənməsi üçün nələr edə biləcəyimizi araşdırmağa davam edirik. Bu, son dərəcə vacib bir regiondur və Böyük Britaniya Azərbaycanda iqtisadi inkişafı dəstəkləyə biləcək unikal bacarıqlara, təcrübəyə, şirkətlərə və peşəkarlara malikdir. Eyni zamanda, bu, Böyük Britaniya üçün də çox faydalar yaradacaq. Biz, həmçinin, gələcək illərdə Azərbaycanın Böyük Britaniyaya daha çox sərmayə qoymasını ümidlə gözləyirik.

Birlikdə edə biləcəyimiz çox maraqlı işlər var.

Son xəbərlər

Siyasət
Bu gün, 18:22

Ərdoğanın baş müşaviri Oqtay Saral istefa verir? Türkiyə mediasında yeni iddia

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
23 oktyabr 2026, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
23 oktyabr 2026, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
23 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
22 oktyabr 2026, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
22 oktyabr 2026, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Oxşar xəbərlər