Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Mövsüm Hüseynov dəfn olunub.
İnsanoid.com xəbər verir ki, mərhumla Sumqayıt şəhərindəki evində vida mərasimi keçirilib.
Mərasimdə sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları iştirak ediblər.
Aktyor Sumqayıt şəhər qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, tanınmış aktyor uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında vəfat edib.