Türkiyənin reytinqli yemək verilişlərindən olan "En Hamarat Benim"in ötən günkü buraxılışında maraqlı anlar yaşanıb.
İnsanoid.com xəbər verir ki, aparıcı Kadir Ezildinin layihəsində azərbaycanlı qadın iştirak edib. 60 yaşlı Səadət xanım iştirakçılara Azərbaycanın milli mətbəxinə aid təamlar hazırlayıb.
Bunlar arasında Şah plov, dovğa, kükü və digər yeməklər olub.
Xatırladaq ki, həmyerlimiz 18 ildir Türkiyədə oğlu və gəlini ilə birlikdə yaşayır.
Həmin kadrları təqdim edirik: