Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament təsdiqlənib.
İnsanoid.com erməni KİV-ə istinadən xəbər verir ki, Ermənistan parlamentinin hakim fraksiyası “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının birgə fəaliyyəti haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” qanun layihəsini qəbul ediblər. Səsvermədə 67 deputat layihənin lehinə səs verib.
Qeyd edək ki, müxalifətin “Hayastan” və “Mənim namusum var” fraksiyaları səsvermədə iştirak etməyiblər.
![]()