Saatlı sakini yaşadığı evdə yıxılaraq ölüb.
İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisə oktyabr ayının 28-i qeydə alınıb.
1996-cı il təvəllüdlü Əliabad kənd sakini Atakişi Hafiz oğlu Atakişiyev yaşadığı evdə yıxılıb. Nəticədə onun boyun fəqərəsi sınıb.
Xəstəxanaya yerləşdirilən A.Atakişiyev noyabrın 7-si orada dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.
Nəzrin Vahid