top
İkiqat dünya çempionu: “Erməni rəqibə qalib gəlmək ən böyük uğurumdur” – MÜSAHİBƏ
28 oktyabr 2024, 07:12
- ↺ +

İkiqat dünya çempionu: “Erməni rəqibə qalib gəlmək ən böyük uğurumdur” – MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hər il 28 oktyabr tarixi “Dünya Cüdo Günü” kimi qeyd edilir. Cüdo idmanının banisi hesab edilən Ciqoro Kanonun şərəfinə onun doğulduğu gün hər il Dünya Cüdo Günü kimi qeyd olunur.

Cüdo Günündə dünyada bu idman növünün tanınması, inkişafı və onun dəyərləri, xüsusən də hörmət, intizam və dostluq kimi prinsiplərinin təşviq edilməsi məqsədilə müxtəlif tədbirlər keçirilir. Cüdo, yalnız bir döyüş idmanı deyil, eyni zamanda şəxsi inkişaf və mədəniyyətin bir hissəsidir.

Əlamətdar gün ilə əlaqədar olaraq Sumqayit24.az-ın əməkdaşı 17 yaşlı ikiqat dünya çempionu, cüdoçu Nihad Məmişov ilə söhbətləşib.

Müsahibəni təqdim edirik:

– Nihad, öncə özünüz haqqında qısa məlumat verməyinizi istərdim.

– Mən Nihad Məmişov 2007-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Abşeron rayon Mikayıl Ələkbərov adına Saray qəsəbə 1 nömrəli tam orta məktəbi bitirmişəm.

– Nə vaxt cüdo ilə məşğul olmağa başlamısınız? Bu idman növünə marağınız uşaqlıq illərində yaranıb?

– 11 ildir ki, cüdo idman növü ilə məşğulam. Cüdoya mənim uşaqlıqdan həvəsim olub. Ailəm də bu həvəsimə daim dəstək olub, məni bu sahəyə yönləndirməkdə yardımçı olublar. Mən də əlimdən gələni edərək bu yerlərə gəlib çıxmışam.

– Bu idman növünü seçməyinizin səbəbi nədir?

– Öncə valideynlərim cüdonu mənə məsləhət bildilər. Sonradan isə müəllimim sayəsində sevgim daha çox artdı. Ona görə də bu idman növündə qalmağı seçdim.

– Hansı yaş qruplarında olan yarışlarda iştirak etmisiniz? Nailiyyətləriniz var?

– Cüdoya kiçik yaşlarından başlamışam. Amma mənim əsas yarışlarım yeniyetmələr arasında olub. Artıq gənc qruplara keçirəm. 2023-cü il Xorvatiyanın Zaqreb şəhərində yeniyetmələr arasında dünya çempionatında qalib gəldim, bu il də Perunun Lima şəhərində yeniyetmələr arasında dünya çempionu oldum.

Ötən il MDB yarışlarının qalibi oldum. Bir çox ölkədə Avropa Kubokları üzrə yarış keçirildi. Həmin yarışda da qızıl medal qazandım. Avropa Gənclərin Yay Olimpiya Festivalında bürünc medala layiq görülmüşəm.

– Yarışlara necə hazırlaşırsınız? Hər hansı xüsusi məşq üsullarınız varmı?

– Mən yarışlara yığma komandanın məşqçiləri və şəxsi məşqçimin təlimləri ilə hazırlaşıram. Müəllimlər mənə xüsusi üsullar və məşq tapşırıqları verirlər.

– Gələcəkdə cüdo ilə bağlı hansı hədəfləriniz var?

– 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına qatılmaq istəyirəm. O yarışda qızıl medal qazanıb, Azərbaycana və doğma Sumqayıta olimpiya çempionu kimi qayıtmaq arzumdur. Qarşıdakı məqsədim hələ ki, odur.

– Rəqiblərinizlə münasibətiniz necədir? Onlardan nələri öyrənirsiniz?

– Mən yarışda rəqiblərimlə çox ünsiyyət qurmuram. Güləşəcəyim rəqiblərimlə ünsiyyət qurmaq xoşuma gəlmir.

– İdmanla məşğul olarkən sizi nə motivasiya edir? Hansı müəllimlər və ya məşqçilərlə çalışmısınız? Onlardan nələri öyrənmisiniz?

– Mən olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoev ilə məşq edirəm. Dünya çempionu Elxan Məmmədov, Nicat Şıxəlizadə, Rüstəm Alimli və Emil İsgəndərov məşqçilərimdir. Onlara baxıb motivasiya alıram.

Mənim şəxsi məşqçim İlham Məmmədovdur. Ondan bir çox şey öyrənmişəm. Yarışlarda yer tutmağım onun sayəsindədir. Mənim ikinci məşqçim atamdır. Atam hər məşqimdə yanımda olur, gördüyü hər fəndi mənə öyrətməyə çalışır. İdmançı da deyil.

– Təhsilinizi idman üzrə davam etdirirsiniz?

– Bəli, hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının I kurs tələbəsiyəm.

– Məşqçi olmaq istəyərdiniz?

– Mənim qarşıda çox illərim var. Olimpiyadalarda iştirak etməyi hədəfləmişəm. Məşqçi olmaq haqqında hələ ki, düşünmürəm.

– Ən yaddaqalan yarışlardan danışmağınızı istərdim.

– Ən yaddaqalan nəaliyyətim Avropa Gənclərin Olimpiya Festivalında erməni rəqibimi məğlub etməyim olub. Həmin yarışda bürünc medal qazanmışdım. Birinci böyükmiqyaslı döyüşüm idi. Həm də ermənini məğlub etmişdim.

– Ümumiyyətlə cüdoda hədəfiniz nədir?

– Ən böyük məqsədlərimdən biri dünyada Azərbaycan cüdosunu tanıtmaqdır. Elə bir şey edim ki, Azərbaycan cüdosunu daha da gözəl tanısınlar.

– Bu gün “Dünya Cüdo Günü”dür. Cüdo ilə məşğul olan yaşıdlarınıza nə demək istəyərdiniz?

– Yaşıdlarıma tövsiyəm odur ki, pis vərdişlərdən uzaq olsunlar. İdmanla məşğul olub, vətənə və millətə xeyirli övlad olsunlar.

Nəzrin Vahid

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:57

Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib

Cəmiyyət
Bu gün, 15:56

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Cəmiyyət
Bu gün, 15:52

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət
Bu gün, 15:51

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Bu gün, 15:42

Bakıda təhsil işçiləri metro və avtobusa 1 qəpik ödəyəcəklər

Cəmiyyət
Bu gün, 15:38

Vüqar Bayramov: "Kredit götürən şəxs işsiz qalmaq riskindən sığortalanacaq"

Cəmiyyət
Bu gün, 15:10

Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib

Cəmiyyət
Bu gün, 13:24

"Araz Supermarket" barədə protokol tərtib olunub

Cəmiyyət
Bu gün, 13:17

X–XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi prosesinə aydınlıq gətirilib

Cəmiyyət
Bu gün, 13:04

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Siyasət
Bu gün, 12:56

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

Cəmiyyət
Bu gün, 12:21

Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib

İqtisadiyyat
Bu gün, 12:07

ZachXBT: "Binance" birjası əməkdaşının Şimali Koreyalı qadın casusla sevgi münasibəti səbəbindən 6 milyard dollar oğurlanıb"

Cəmiyyət
Bu gün, 12:01

İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Cəmiyyət
Bu gün, 11:52

"Halloween"i tənqid edən Sinan Akçılın arxiv fotosu ortaya çıxdı

Cəmiyyət
Bu gün, 11:45

Vergi yoxlamasından yayınmaq müqabilində 200 min manat rüşvət almaqda ittiham olunan üç vəzifəli şəxsin işi məhkəməyə göndərilib

Cəmiyyət
Bu gün, 11:44

84 yaşlı Amitabh Baççan gülləkeçirməz şüşə arxasında azarkeşləri ilə görüşüb - VİDEO

Cəmiyyət
Bu gün, 11:38

"O, həddindən artıq populyarlaşır. Bu, məni sevindirmir" - Tramp Rubio barədə

Cəmiyyət
Bu gün, 11:34

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

Cəmiyyət
Bu gün, 11:04

Kimi Antonelli "Formula-1" tarixinin ən gənc çempionu olub

Cəmiyyət
Bu gün, 10:23

DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
31 oktyabr 2026, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Oxşar xəbərlər