top
İşbazların gündəm dərdi, qurumun gülünc açıqlaması: İki nəfərin öldüyü tunellə bağlı bilmədiyimiz FAKTLAR
25 oktyabr 2024, 11:50
- ↺ +

İşbazların gündəm dərdi, qurumun gülünc açıqlaması: İki nəfərin öldüyü tunellə bağlı bilmədiyimiz FAKTLAR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son zamanlar planetimizin üzləşdiyi ən böyük problemlərdən biri qlobal iqlim dəyişikliyi və onun yaratdığı böyük fəsadlardır. Hansı ki, Yer kürəsində təbii fəlakətləri artırır, təbii resurslara, insanların həyat tərzinə mənfi təsir edir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufan və çovğunların intensivliyinin artması, isti külək, qasırğa və yağıntıları gücləndirib, sel, daşqın hadisələrinin sayı artıb. Bu fəsadlar ölkəmizdən də yan keçmir. Elə götürək iki nəfərin ölümü ilə nəticələnən Bakıxanov və Sabunçu qəsəbələri arasında, Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişməsində yerləşən avtomobil tunelinin yağış suyu ilə dolmasını…
Bakıda gecə saatlarından sübhədək yağan leysan xarakterli intensiv yağış avtomobil tunelini su ilə doldurdu. Tuneldə yaranan bu vəziyyət 2 nəfərin boğularaq ölməsinə səbəb oldu. Bu bədbəxt hadisədən sonra bir sıra işbazlar gah ölənlərin son çəkdikləri videonu “X” hesablarında paylaşmaqla “keşfet”ə düşmək arzularını reallaşdırdılar, gah da tunelin tikintisi zamanı nöqsanlara yol verilib-verilməməsi məsələsini müzakirələrə çıxartdılar. Halbuki, “Körpü Bina Tikinti” MMC tərəfindən inşa olunan tuneldə yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb. Xatırladım ki, uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metr olan tunelin tikintisinə 2019-cu ildə “Azərbaycan Dəmir Yolları”nın sifarişi ilə başlanılıb. “Körpü Bina Tikinti” tərəfindən yüksək standartlara cavab verən avadanlıqlarla tikintisi reallaşdırılan tunel 2020-ci ildə istifadəyə verilib. Tikinti zamanı yalnışlıqlara yol verilsəydi, bu özünü sözügedən şirkətin əsas layihələrindən hesab edilən keçmiş “Şəfa” stadionunun qarşısındakı yeraltı keçiddə, Bakı Olimpiya Stadionundan Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yoluna keçiddə, “Suqovuşan” su anbarının təmir və bərpasında, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda, Sabunçu-Pirşağı-Sumqayıt dəmiryolu stansiyasının yenidən qurulmasında büruzə verərdi.
Hətta bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin baş mühəndisi Əfqan İsrəfilov da açıqlamasında bildirib ki, tuneldəki hadisənin ADY-nin infrastrukturu ilə əlaqəsi yoxdur:

“Bakıda “Komsomol dairəsi” kimi tanınan ərazidə yerləşən avtomobil keçidində nasos təsərrüfatının işlək vəziyyətdə olduğu təsdiqlənib. ADY-nin İnfrastruktur departamentinin rəhbərliyi və mütəxəssisləri, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi və Sabunçu rayon prokurorluğu tərəfindən ərazidə birgə yoxlama aparılıb. Yoxlama nəticəsində bütün nasosların yağıntının gücləndiyi tarixdə və tuneli yağış suları basana qədər işlək vəziyyətdə olduğu və hazırda da işlədiyi qeydə alınıb. Tuneldə baş vermiş subasma hadisəsinin ADY-nin infrastrukturu ilə, həmçinin nasos təsərrüfatı ilə əlaqəsi olmayıb”. Bu da ADY-nin rəsmi məlumatı…

Yəni ki, məsələ əlinizə telefon alıb, “X” hesabınızda müqəssir axtaracağımız qədər asan deyil.
Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafanın fikrincə, adi bir yağıntıdan sonra insan ölümünün olması hamı üçün narahatedici amillərdən biridir. Ancaq konkret kimin məsuliyyət daşıdığını demək bir qədər çətin məsələdir. Çünki bizdə ayrı-ayrı qurumların səlahiyyətləri elə şəkildə qurulub ki, məsuliyyətin kimin daşıdığını müəyyənləşdirmək çətinləşir. Əslində bu kimi məsələlərlə bələdiyyə məşğul olmalıdır. Bələdiyyə sistemi də bizdə hər hansı bir səlahiyyətə sahib deyil.

Məsələ ilə bağlı bakues.az-a danışan Türkdilli Ölkələrin Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru, şəhərsalma memarı Cahid Həsənov bildirib ki, hər nə qədər tunelin inşası zamanı kommunikasiya xətləri yüksək səviyyədə qurulsa da, danılmaz faktdır ki, müstəqillik illərindən bəri Bakıda kanalizasiya sistemi bərbad vəziyyətdədir:

“Dünyanı cənginə alan qlobal iqlim dəyişmələri fonunda bu, özünü daha çox büruzə verir”.

Ekspertin fikrincə, Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirinə həssas ölkə olduğundan bundan sonrakı məqamda bu kimi hadisələrin yaşanması qaçılmazıdır.

“Bunu təkcə tunellə əlaqələndirmək düzgün deyil. Reallıq odur ki, paytaxtımızın kanalizasiya sistemi standartlara cavab vermir. Bu hal mərkəzi küçələrdə, prospektlərlə, ara məhəllələrdə, hətta fərdi yaşayış evlərində belə müşahidə edilir. Hansısa vətəndaşın evini su basırsa, biz onu günahlandırmalıyıq ki, evini düzgün inşa etməyib?! Bu absurddur”.

Onun fikrincə, yeganə çıxış yolu aidiyyəti qurumların qlobal iqlim dəyişmələrini nəzərə alıb mərkəzi küçələrdə su-kanalizasiya sistemi yenidən qurmasıdır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:57

Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib

Cəmiyyət
Bu gün, 15:56

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Cəmiyyət
Bu gün, 15:52

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət
Bu gün, 15:51

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Bu gün, 15:42

Bakıda təhsil işçiləri metro və avtobusa 1 qəpik ödəyəcəklər

Cəmiyyət
Bu gün, 15:38

Vüqar Bayramov: "Kredit götürən şəxs işsiz qalmaq riskindən sığortalanacaq"

Cəmiyyət
Bu gün, 15:10

Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib

Cəmiyyət
Bu gün, 13:24

"Araz Supermarket" barədə protokol tərtib olunub

Cəmiyyət
Bu gün, 13:17

X–XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi prosesinə aydınlıq gətirilib

Cəmiyyət
Bu gün, 13:04

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Siyasət
Bu gün, 12:56

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

Cəmiyyət
Bu gün, 12:21

Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib

İqtisadiyyat
Bu gün, 12:07

ZachXBT: "Binance" birjası əməkdaşının Şimali Koreyalı qadın casusla sevgi münasibəti səbəbindən 6 milyard dollar oğurlanıb"

Cəmiyyət
Bu gün, 12:01

İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Cəmiyyət
Bu gün, 11:52

"Halloween"i tənqid edən Sinan Akçılın arxiv fotosu ortaya çıxdı

Cəmiyyət
Bu gün, 11:45

Vergi yoxlamasından yayınmaq müqabilində 200 min manat rüşvət almaqda ittiham olunan üç vəzifəli şəxsin işi məhkəməyə göndərilib

Cəmiyyət
Bu gün, 11:44

84 yaşlı Amitabh Baççan gülləkeçirməz şüşə arxasında azarkeşləri ilə görüşüb - VİDEO

Cəmiyyət
Bu gün, 11:38

"O, həddindən artıq populyarlaşır. Bu, məni sevindirmir" - Tramp Rubio barədə

Cəmiyyət
Bu gün, 11:34

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

Cəmiyyət
Bu gün, 11:04

Kimi Antonelli "Formula-1" tarixinin ən gənc çempionu olub

Cəmiyyət
Bu gün, 10:23

DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
31 oktyabr 2026, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Oxşar xəbərlər