Azad olunan ərazilərdə yanvarın 20-26-da 69 tank əleyhinə mina, 108 piyada əleyhinə mina, 208 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
İnsanoid.com bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, 705,6 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.